Ölkə futbolu
Azərbaycanlı hakimlər Konfrans Liqası matçını idarə edəcəklər
Azərbaycanlı FİFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Petroklub” (Moldova) – “Sileks” (Şimali Makedoniya) qarşılaşmasının baş hakimi təyin olunub.
Məsiyevə bu oyunda yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Qarşılaşmada 4-cü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən qarşılaşma iyulun 15-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək. Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq