Dünya futbolu
Azərbaycanlı hücumçudan “Arsenal”da uğurlu debüt
Futbol üzrə Rusiya Birinci Liqasında 2022/23 mövsümünə start verilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Kamranın bu yay yollarını ayırdığı “SKA-Xabarovsk”la qarşılaşıb. Beş qolun qeydə alındığı matç Əliyevin yeni komandasının qələbəsiylə yekunlaşıb – 3:2.
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da azərbaycanlı futbolçu vurub. Gənclərdən ibarət yığmamızın sabiq hücumçusu 38-ci dəqiqədə sabiq komandasını cəzalandırıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı