Digər idman növləri
“Azərreyl” ilin son oyununda “Neftçi”yə uduzdu
Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında ilin son matçı baş tutub.
Futbolinfo.az xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində təşkil olunan oyunda “Azərreyl” və “Neftçi” klubları üz-üzə gəliblər.
Qarşılaşmanın gərgin keçən ilk setini “Neftçi” qalib başa vurub. İkinci hissədə isə “Azərreyl” daha yaxşı oynayıb və qələbə qazanıb. Lakin “Neftçi” yenidən təşəbbüsü ələ alaraq növbəti setləri də aktivinə yazdırıb. Beləliklə, 2023-cü ilin son qarşılaşmasında “Neftçi” 3:1 hesabı ilə qalib gəlib.
Kişilərin Yüksək Liqasında “Xarı Bülbül Şuşa” 16 xalla turnir cədvəlinə liderlik edir. 14 xalı olan “Azərreyl” 2-ci, 13 xalla “Murov Az Terminal” 3-cü, “Neftçi” 10 xalla 4-cü, “Xarı Bülbül Laçın” 4 xalla 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.
“Azərreyl” – “Neftçi” 1:3 (23:25, 25:16, 18:25, 12:25)
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi