Digər idman növləri
“Azəryol” liderlə xal fərqini qorudu
Həndbol üzrə kişi və qadınlar arasında 30-cu Azərbaycan çempionatında 6-cı tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu gündə daha 3 görüş keçirilib.
“AHF Arena” İdman Kompleksində təşkil olunan qadınların yarışında “Azəryol” “Gənclər Birliyi”nə aman verməyib. Rəqibini asanlıqla üstələyən “Azəryol” lider “Qarabağ”la 3 xallıq fərqi qoruyub.
Kişilərin çempionatında isə “Qarabağ” və “Azəryol” hesablarına növbəti 2 xalı yazdırıblar. Birincilər “Dinamo” üzərində qələbə sayəsində lider “Kür”lə aradakı xal fərqini 2-yə endiriblər.
Azərbaycan çempionatı
6-cı tur
Qadınlar
“Gənclər Birliyi” – “Azəryol” 5:57
Xal durumu: “Qarabağ” – 12, “Azəryol” – 9, “Kür” – 7, “İdman Akademiyası” – 6, “Bakı” – 2, “Gənclər Birliyi” – 0.
Kişilər
“Azəryol” – “Təhsil” 39:29
“Qarabağ” – “Dinamo” 48:32
Xal durumu: “Kür” – 10, “Bakı”, “Qarabağ” – 8, “Azəryol” – 6, “İdman Akademiyası” – 2, “Təhsil”, “Dinamo” – 0.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır