Bizi izləyin

Ölkə futbolu

“Azarkeşləri sevindirmək istəyirik” – Adrian Mutu

blank
blank

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Beşiktaş”la keçiriləcək ilk oyunla bağlı fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis qarşılaşmanın oynanılacağı “Neftçi Arena”da təşkil olunan mətbuat konfransında onları çətin mübarizə gözlədiyini bildirib:

“Türkiyənin ən güclü komandalarından birinə qarşı bizi çətin oyun gözləyir. Azarkeşlərimiz əmin ola bilərlər ki, bu matçda yüz faiz gücümüzü ortaya qoymağa hazırıq. Üç gündən bir uğurlu çıxış etmək üçün komanda geniş heyətə malik olmalıdır. “Kəpəz”lə çempionat matçında yüz faiz gücümüzü ortaya qoymağa çalışdıq. Yorğunluq olsa belə, qələbə qazanmalı idik. Yəni bu səbəbin arxasında gizlənə bilmərik. “Beşiktaş”ın necə komanda olduğunu bilirik. Hər iki komanda öz ölkəsinin böyük komandasıdır. Avropa arenasında bu cür görüşlərdə hər şey baş verə bilər”.

Mutu yeni transferlər üzərində çalışmaların davam etdiyini açıqlayıb: “Müdafiənin sağ cinahı üçün Koffini transfer etmişdik. Təəssüf ki, ilk görüşdə gözlənilmədən zədələndi. Hazırda başqa bir neçə oyunçu ilə də danışıq aparırıq. Komandaya yeni futbolçular cəlb etməyə çalışırıq. Hər mövqedə rəqabətin artması üçün yeni transferlər lazımdır. Öncədən proqnozlaşdırılan komanda kimi görünmək istəmirik. Yerli çempionatda isə limit var, mütləq şəkildə 4 yerli çıxış etməlidir. Bunları da nəzərə alırıq”.

Rumın məşqçi hücum xəttini gücləndirəcəklərini əlavə edib: “Hücumçu transferində gecikirik. Bir neçə maraqlı oyunçu ilə danışıq aparırıq. Müəyyən çətinliklər var. Ancaq hücum xəttinə də yaxşı futbolçular cəlb edəcəyik”.

O, azarkeşlərdən səbirli olmağı istəyib: “Neftçi” kimi böyük klubda hər məğlubiyyət komanda üzərində təzyiq yaradır. Fanatlar da başa düşməlidirlər ki, güclü komanda qurmaq istəyirik. Transferlərdə gecikmələrlə yanaşı, bəxtsizliklərlə də üzləşdik. Ömər Buludov, Eddi İsrafilov zədələndilər. Qarşıdakı görüşü buraxmalı olacaqlar. Azarkeşlər səbirli olsunlar, getdikcə daha güclü “Neftçi” olacağıq. Hazırkı “Neftçi” istədiyim komandanın 60 faizi deyil. Azarkeşlərimizin bizdən gözləntisinin çox olduğunu bilirəm. Amma vəziyyətə real baxmalıyıq. “Beşiktaş”la görüşdə də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Reallığa baxsaq, “Neftçi” hazırda qurulmaq dönəmində olan komandadır. Biz də hər oyunda qələbə ilə azarkeşlərimizi sevindirmək istəyirik”.

Mutu təkcə Rumıniyada futbolçu axtarışında olmadıqlarını söyləyib: “Rumıniya çempionatından iki oyunçu gətirmişik. Hazırda yalnız Rumıniya bazarına köklənməmişəm. Mənim üçün ən önəmlisi odur ki, “Neftçi”yə faydalı futbolçular gətirək”.

Baş məşqçi avrokuboklarda uğurlu çıxış üçün çempionat görüşlərinin təxirə salınmasının onlar üçün vacib olduğunu sözlərinə əlavə edib: “Sabahkı üç oyun Azərbaycana ölkə olaraq vacibdir ki, avrokuboklarda yaxşı nəticələr qazanılsın. Fürsətdən istifadə edib çempionatı təşkil edən qurumdan da anlayışlı olmağı istəyirəm ki, avrokubok oyunlarına daha enerjili hazırlaşa bilək. Avrokuboklarda uğurlu olmaq istəyiriksə, dincəlməyə də vaxt ayırmaq lazımdır”.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Müsahibə2024-05-03 18:00

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

blank
Digər idman növləri2024-05-03 17:45

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuz çıxış ediblər

blank
Digər idman növləri2024-05-03 17:31

Qazaxıstan qran-prisi bu dəfə selə görə təxirə salındı

blank
Digər idman növləri2024-05-03 17:17

“Prezident Kuboku”nda üçüncü günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm