Digər idman növləri
Azərbaycan çempionatına yekun vuruldu
Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatına yekun vurulub. Futbolinfo.az xəbər verir ki, son yarış günündə ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşib.
Böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qrupunda Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova top və lentlə hərəkətlərdə Azərbaycan çempionu olub.
Halqa ilə hərəkətlərdə Arzu Cəlilova, gürzlə hərəkətlərdə isə Alina Gözəlova qızıl medal qazanıb.
2007-2009-cu illər təvəllüdlü gənc gimnastların mübarizəsində top, halqa və lentlə hərəkətlərdə Mədinə Dəmirova, gürzlə hərəkətlərdə isə Gövhər İbrahimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Böyüklər
Topla hərəkətlər
- Zöhrə Ağamirova
- Arzu Cəlilova
- İlona Zeynalova
Halqa ilə hərəkətlər
- Arzu Cəlilova
- Zöhrə Ağamirova
- İlona Zeynalova
Gürzlə hərəkətlər
- Alina Gözəlova
- Zöhrə Ağamirova
- Arzu Cəlilova
Lentlə hərəkətlər
- Zöhrə Ağamirova
- Arzu Cəlilova
- Kamilla Əliyeva
Gənclər
Topla hərəkətlər
- Mədinə Dəmirova
- Gövhər İbrahimova
- Ləman Əhmədli
Halqa ilə hərəkətlər
- Mədinə Dəmirova
- Gövhər İbrahimova
- Fəxriyə Əliyeva
Gürzlə hərəkətlər
- Gövhər İbrahimova
- Mədinə Dəmirova
- Məyəm Əliyeva
Lentlə hərəkətlər
- Mədinə Dəmirova
- Ləman Əhmədli
- Gövhər İbrahimova
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…