Müsahibə
Bəhlul hakimin qərəzli olduğuna inanmır: “Mənə də bu cür toxunuşlar olur”
“Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadənin futbolinfo.az saytına müsahibəsi
- “Neftçi” ilə 2:2 bitən oyununuz barədə hələ çox danışılacaq…
- Gözlədiyimiz kimi gərgin oyun oldu. Rəqibi yaxşı analiz etmişdik və qələbə qazanmaq üçün meydana çıxmışdıq. Yaxşı mübarizə apardıq. Lakin təəssüf edirəm ki, xoşagəlməz hallar yaşandı.
- Qarşılaşmada bir xeyli qalmaqallı epizodlar oldu. Onlar barədə fikirlərin necədir?
- Qapımıza verilən hər iki penalti yanlış qərar idi. Ümumiyyətlə, hakimin bir çox yanlış qərarları oldu.
- Qırmızı vərəqə aldığın epizoddan narazısan?
- Fikrimcə, bu cür epizodlar çox olur. Mən də künc zərbələri zamanı rəqib cərimə meydançasına gedirəm və belə toxunuşlar olur mənə qarşı. Bu cür penalti vermək düzgün deyil. Adi mübarizədir. Bəlkə də penaltilərdən də çox anlaşılmayan mənə verilən ilk sarı vərəqədir. Sakit tərzdə cərimə meydançasından kənardadır dediyim halda hakim mənə sarı vərəqə göstərdi.
- Ümumiyyətlə, AFFA bu matçın hakimi ilə bağlı araşdırmalara başlayacaq. Razılaşırsan ki, həqiqətən araşdırma aparılmalıdır?
- Səhv qərarlar həddindən çox idi, amma qərəzli idarəçilik olduğunu düşünmürəm. Sadəcə daha diqqətli olmaq lazımdır. Çempionatın sonlarıdır və komandalar üçün hər xal vacibdir. Araşdırma aparılmalıdır, yoxsa yox, bunu mən deyil, cavabdeh şəxslər deyə bilər.