Ölkə futbolu
Bəhruz Teymurov “Şamaxı”dan ayrılmasına görə özünü günahkar sayır – VİDEO
Misli Premyer Liqasında mübarizə aparan “Şamaxı”da forma geyən Bəhruz Teymurov komandadan ayrılıb. 28 yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Yevlax futbol məktəbinin yetirməsi bu mövsüm “Şamaxı”nın heyətində 4 oyuna çıxmağa müyəssər olub.
Futbolinfo.az-a müsahibə verən Bəhruz komandadan ayrılmasında özünü günahkar hesab etdiyini deyir. Hazırda iki klubla danışıq aparan Teymurovun məqsədi yenidən Premyer Liqada mübarizə aparan komandaların birində forma geyinməkdir.
Qeyd edək ki, Bəhruz Teymurov “Şamaxı”dan əvvəl “Xəzər Lənkəran”, “Zaqatala”, “Şəmkir”, MOİK və “Kəpəz” klublarının formasını geyib.
BƏHRUZ MUSAYEV, Yevlax
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı