Digər idman növləri
Bərdədə taekvondoçular yarışdı
Bərdədə Qarabağ Regional Gənclər və İdman İdarəsinin, Bərdə rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə rayon birincilyi keçirilib. Yarış “Ziya” İdman Klubunun zalında, taekvondo üzrə 2009-2011, 2012-2013, 2014-2015-ci il təvəllüdlü oğlanlar və qızlar arasında baş tutub.
Tədbiri giriş sözü ilə Bərdə gənclər və idman sektorunun müdiri Aydın Qasımov açaraq yarış iştirakçılarını salamlayıb və onlara yarışda uğurlar arzulayıb. Sonra o, ölkəmizdə taekvondo idman növünün inkişafına və idmançılara göstərilən diqqət və qayğıdan, son illər ölkə idmançılarının müxtəlif idman növlərində beynəlxalq və ölkə səviyyəli yarışlarda əldə etdikləri yüksək nailiyyətlərdən danışıb.
Yarışda müxtəlif yaş kateqoriyalarında və çəki dərəcələrində 40 idmançı mübarizə aparıb. I, II və III yerləri tutmuş idmançılar Qarabağ Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunublar.
BƏHRUZ MUSAYEV, BƏRDƏ
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı