Ölkə futbolu
Bəxtiyar Həsənalızadə: “Heç kimlə razılıq əldə etməmişəm”
“Sabah”dan ayrılacağı gözlənilən Azərbaycan yığmasının müdafiəçisi Bəxtiyar Həsənalızadənin hansı klubda oynayacağı dəqiqləşməyib. Bu barədə futbolinfo.az-a səbəbkar özü məlumat verib.
Həsənalızadə bildirib ki, heç bir klubla razılıq əldə etməyib: “Komandalarla danışıqlar gedir. Heç kimlə razılıq əldə etməmişəm. Təklifləri götür-qoy etdikdən sonra qərarımı verəcəm. İndi dəqiq heç bir şey deyə bilmərəm”.
Bəxtiyarın yenidən “Sumqayıt”a qayıdacağı deyilir. “Gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Samir Abasovun onun xidmətində maraqlı olduğu bildirilir. Həsənalızadənin “Sabah”da qalmaq ehtimalı da var. Belə ki, klub onunla bitən anlaşmanı yeniləyə bilər.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq