Ölkə futbolu
Bahadur “Səbail”ə qayıtdı
“Səbail” növbəti transferini həyata keçirib. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi yarımmüdafiəçi Bahadur Həziyevi heyətinə qatıb.
Ötən mövsümü “Şamaxı”da keçirən Həziyevlə 1 illik müqavilə imzalanıb. Futbolçu 2020-2021-ci illər mövsümündə “Səbail-2” və “Səbail” komandalarında çıxış edib.
Xatırladaq ki, “Səbail” bundan əvvəl Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev və Coşqun Diniyevi heyətinə qatıb.