Digər
“Bakcell” futboldan getdi
Futbola yatırım edən azsaylı şirkətlər də AFFA-nı yartımaz idarəçiliyi üzündən bu sahədən küsür. Ölkədə top oyununun inkişaf tempinin ürəkaçan olmaması, sponsorların xərclədiyi pulun qarşılığını görməməsi onları geri çəkilməyə vadar edir.
Reklama xərclədikləri pulun qarşılığını görməmək bir yana, futbola sərf edilən pullar brendin imicinə də müsbət yöndə təsir etmir. Əksinə, yarıtmaz işə görə “Bakcell Arena”da tez-tez “istefa şüarları səsləndirilir. AFFA-nın bu sahəyə maraq göstərənləri düzgün istiqamətləndirməməsi, səriştəsizlik etməsi, üstəlik, onlardan şəxsi məqsədlər üçün istifadə edilməsi acı fəsadlarını verməkdədi.
“Bakcell” illərdi futbola xərclədiyi milyonları dayandırmaq niyyətinə düşüb. Ölkə idmanına yetərincə dəstək verən mobil operator bezərək nöqtə qoymaq qərarına gəlib. Mənasız və faydasız “Mançester Yunayted” məktəbinə böyük vəsait sərf edən “Bakcell” indi peşmandı. Çünki bu layihənin nəticəsində futbolumuz bircə istedad belə qazanmadı, məktəb daha çox tapşırılanların əyləncə məkanı oldu. Xüsusi adamların, məmurların uşaqları üçün istirahət yeri olan məktəbin çoxillik fəaliyyəti real nəticələrə səbəb olmayınca bağlanması qərara alındı.
Şirkət sponsorluq etdiyi U-17 liqasında da peşmançılıqla üzləşdi. AFFA əməkdaşlarının telefon danışıqlarının xərcini qarşılayan, hər cür diqqət göstərən “Bakcell” nəhayət, bütün bunların yersiz pul itkisi olduğunu anladı və müddəti bitən müqaviləni yeniləmədi.
Hazırda mobil operator yalnız 8-ci kilometr stadionunda adını saxlayır. Avro-2020 ilə bağlı stadionun diqqət mərkəzində olacağı düşünüldüyü üçün burada ad sponsorluğu davam edir, il bitən kimi ora ilə də vidalaşmaq planlaşdırılır. Ondan sonra – AFFA prezidenti Rövnəq Abdullayevin dediyi kimi – istəyən şəxs pulunu ödəyib atasının da adını bu arenaya qoya bilər. Azərbaycanda bunu edə biləcək insanların sayının çox olmadığını hamı bilir, qurum rəhbərinin həmin məsuliyyətsiz açıqlamasını 2020 bitəndə bir də yadına salacağıq.
“Bakcell” futbolda varlığını ilin sonuna kimi “Zirə”nin formalarında da saxlayacaq. Bu kluba 2 il üçün 1 milyon manat həcmində ianə ayrılıb və müqavilə davam edir. Lakin rəsmi təqdimatın keçirilməməsi göstərdi ki, şirkətin burada da böyük gözləntiləri yoxdu, sadəcə, xahişi, tapşırığı yerinə yetiriblər.
Yekunda “Bakcell”in Azərbaycan futboluna son 3 ildə ayırdığı və AFFA-nın rəsmi büdcəsində əksini tapan rəqəmləri xatırladaq:
2017 – 698 416 AZN
2018 – 172 726 AZN
2019 – 1 170 577 AZN
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”