Ölkə futbolu
“Bakıda özümü Fransadakı kimi hiss edirəm”
“Neftçi”nin fransalı yarımmüdafiəçisi Romen Bask paytaxt klubuna uyğunlaşma prosesindən danışıb.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Neftçi”yə uyğunlaşmağım asan olmadı. Amma xoşbəxtlikdən komanda yoldaşlarımdan üçü fransız dilində danışır. Bu komandanın heyətində avrokuboklarda debüt etdim. UEFA Çempionlar Liqasında Yunanıstan “Olimpiakos”una, Avropa Liqasında Finlandiyanın HJK (Helsinki) klubuna, Konfrans Liqasında isə İsrailin “Makkabi” (Hayfa) komandasına qarşı oynadım. Hayfada çılğın azarkeşlər qarşısında əla atmosferdə çıxış etdik. Düzünü desəm, həmin matçdan zövq aldım.
Bakı gözəl şəhərdir. Özümü Fransadakı kimi hiss edirəm. Gələn ilin əvvəlində ailəmi də Azərbaycana aparacağam”.
“Neftçi”yə Fransanın “Havr” klubundan keçən Romen Bask 2 illik müqaviləyə imza atıb.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Digər idman növləri2024-05-07 16:35
Bakı qran-prisi üçün marşalların təliminə başlanılıb
- Milli komanda2024-05-07 22:55
AFFA Ştefan Kuntsla danışıq aparır? – Rəsmi açıqlama