Ölkə futbolu
“Bakının havası bizə problem yarada bilər” – “Partizan”ın baş məşqçisi
Serbiyanın “Partizan” komandasının baş məşqçisi İqor Dulyay “Sabah”a qarşı keçirəcəkləri Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabah”ı yaxşı təhlil etmişik. Mateus Saldanya rəqiblə bağlı bütün məlumatları portuqaliyalı köməkçimə ötürüb. Bu komanda 2017-ci ildə yarandığı üçün zəif və ya güclü olduğunu söyləmək çox çətindir. Ümumiyyətlə, indi futbolda asan rəqib yoxdur. Əsas üstünlükləri odur ki, az qol buraxırlar. “Sabah”ın heyətində bir-iki maraqlı futbolçu var. Ciddi rəqibdir. Bununla yanaşı, Bakıda havanın isti və rütubətli olması bizə problem yarada bilər”.
Serbiyalı mütəxəssis “Sabah”dakı həmkarı Murad Musayevin keyfiyyətli məşqçi olduğunu söyləyib: “Gəncdir, komandasında istedadlı oyunçular var. Topu itirəndə daha təhlükəli olurlar. Ehtiyatlı olmalıyıq, sürətli futbolçuları var. Maraqlı və çətin oyun olacaq”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq