Dünya futbolu
“Barselona” bəyanat yaydı
“Barselona”nın hücumçusu Lionel Messinin məvacibinin mediada dərc edildiyini xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, “Barsa” məsələ ilə bağlı bəyanat yayıb.
Klubun rəsmi saytında yerləşdirilən bəyanatda Kataloniya təmsilçisi məvacibin mediada yayıldığı üçün təəssüfləndiyini bildirib və sənədin yayımlanması ilə bağlı heç bir məsuliyyət daşımadığını elan edib. Klub həmçinin məvacibi yayımlayan “El Mundo” nəşri ilə bağlı qanuni addımların atılacağını bildirib.
Məvacibinin mətbuatda yayılmasından sonra Messi ilə klub arasında münasibətlərin pisləşdiyi də iddia edilir.
“El Mundo” nəşrinin yaydığı məlumatda Messinin 2017-ci ildə imzaladığı 4 illik müqavilə ilə 555 milyon avro qazandığı bildirilib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq