Digər idman növləri
Barselona da təqvimdə qalır
“Katalunya” avtodromunun Formula 1 ilə əməkdaşlığı davam edəcək. Bu barədə İspaniya mətbuatı məlumat verib.
Məlumata görə, Madrid qran-prisinin təqvimə daxil edilməsindən sonra Barselonadakı yarışın adı Avropa qran-prisi olacaq. Formula 1 rəhbərliyi ilə “Katalunya” avtodromu arasında imzalanacaq yeni müqavilənin bütün detalları artıq razılaşdırılıb. Trassla müqavilənin uzadılması məsələsi demək olar ki, həll edilib.
Məlumata görə, tərəflərin, xüsusilə də Formula 1 rəhbərliyinin belə bir qərar qəbul etməsinin səbəbi, trassın yenilənəcəyinə təminatın verilməsidir. Barselonadakı avtodromun promouterləri bunun üçün 50 milyon avro xərcləyəcəklərinə söz veriblər. Deyilənə görə, yeni layihəyəyə əsasən “Katalunya” Avropanın ən gözəl trassı olacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl Formula 1 ilə Madrid arasında 10 illik müqavilə imzalanmışdı. Məhz ondan sonra Barselonadakı mərhələnin taleyi sual altına düşmüşdü.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd