Dünya futbolu
“Barselona” futbolçusunu “Qranada”ya satdı
“Barselona” yarımmüdafiəçisi Monçu ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi tam adı Ramon Rodriqes Ximenes olan 21 yaşlı futbolçunu “Qranada”ya satıb.
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. İspan yarımmüdafiəçinin yeni klubu ilə bağladığı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
“Barselona” qarşıdakı illərdə futbolçunun transfer hüququnu geri almaq şansını saxlayıb. Üstəlik, gələcəkdə Monçu hansısa kluba transfer edilsə, gəlirin 50 faizi də məhz Kataloniya təmsilçisinə çatacaq.
Monçu “Barselona”nın öz yetirməsidir. O, ötən mövsümü icarə əsasında “Jirona”da keçirib.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”