Dünya futbolu
“Barselona” MLS klubuna, “Real” “Yuventus”a qalib gəldi
İspaniyanın “Barselona” və “Real” komandaları ABŞ toplanışı çərçivəsində yoxlama oyunu keçiriblər.
Futbolinfo.az xəbər verir ki, “Barselona” MLS təmsilçisi “Nyu-York Red Bullz”la qarşılaşıb.
Oyun İspaniya komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Kataloniyalıların heyətində Osman Dembele və Memfis Depay fərqlənib.
“Real” isə Kaliforniyadakı “Rouz Boul” stadionunda “Yuventus”la qarşılaşıb. Matç Karlo Ançelottinin baş məşqçisi olduğu komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Madridlilərin qollarını 19-cu dəqiqədə penaltidən dəqiq yararlanan Kərim Benzema və 69-cu dəqiqədə fərqlənən Marko Asensio vurub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq