Dünya futbolu
“Barselona” rəsmən açıqladı – Məvacibləri azaldır
İspaniyanın “Barselona” klubu koronavirus pandemiyasının yaratdığı maddi itkiləri tənzimləmək üçün qərarlar verib.
Futbolinfo.az xəbər verir ki, Kataloniya klubu, bütün əməkdaşlarının məvacibini azaldacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubun verdiyi açıqlamada, rəhbərliyin görüş keçirdiyi və bütün əməkdaşların iş gününü, buna uyğun olaraq, müqavilədə nəzərdə tutulan əmək haqqlarını azaltmaq qərarına gəldikləri bildirilib.
Bundan başqa, “Barselona” öhdəliyində olan bütün idman obyektlərini pandemiya dövründə Kataloniya səhiyyə təşkilatının ixtiyarına verəcək.
Bir müddət əvvəl komandanın bəzi futbolçularının məvaciblərin azaldılmasına razı olmadığı bildirilmişdi.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı