Dünya futbolu
“Barselona”dan antirekord
İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasında antirekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, ötən gecə İtaliya “İnter”inə səfərdə 0:1 hesabıyla uduzan Kataloniya təmsilçisi qitənin ən nüfuzlu klub turnirində ardıcıl üçüncü səfər oyunundan məğlub ayrılıb.
Bu isə “Barselona”nın ÇL tarixində ən pis göstəricisidir. Sözügedən komanda daha öncə Almaniyanın “Bayern” klubu ilə iki səfər oyununda da 0:2 və 0:3 hesablarıyla məğlub olmuşdu.
Bu mövsüm keçirdiyi 3 oyunda cəmi 3 xal qazanmış “Barselona” C qrupunda 3-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…