Digər idman növləri
“Barselona”dan vacib qələbə
Avroliqada sondan əvvəlki turun 5 oyunu keçirilib. Pley-in şansını itirən “Srvena Zvezda” ilə son vaxtların ən formada olan komandası “Olimpiakos”un görüşü gərgin alınıb. Yunanlar yalnız son periodda hesabı öz xeyirlərinə dəyişə biliblər – 89:86.
Monakodakı oyun da maraqlı alınıb. Yerli komanda “Jalgiris” üzərində 69:66 hesablı qələbə qazanıb. Bu məğlubiyyət Litva komandasının pley-in şansını xeyli azaldıb.
İlk dörd komanda arasında qərarlaşmağa çalışan “Barselona” evdə “Makkabi”ni məğlubiyyətə uğradıb – 92:89. Digər İspaniya komandası “Valensiya” isə gözlənilmədən evdə autsaydrlərdən sayılan “Villerban”a 98:69 hesabı ilə məğlub olub. Qonaq komandanın lideri Nado De Kolo Avroliqa tarixində ən çox xal toplayan ikinci basketbolçu ünvanına sahib çıxıb.
33-cü turun son 4 oyunu bu gün keçiriləcək. Ən maraqla gözlənilən qarşılaşmalardan biri İstanbulda baş tutmalıdır. “Fənərbağça” – “Anadolu Efes” görüşündən sonra turnir cədvəlində xeyli yerdəyişmə ola bilər.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı