Dünya futbolu
“Barselona”nın iki transferi ən uğursuzlar arasında
“Give me Sport” portalı futbol tarixinin ən pis transferlərinin reytinqini tərtib edib.
Ən yüksək yerləri “Barselona”nın iştirak etdiyi iki transfer əməliyyatı tutur. Bunlar 2018-ci ildə “Liverpul”dan Filipp Koutinyonun və 2019-cu ildə “Atletiko”dan Antuan Qrizmannın keçidləridir.
Reytinqi tərtib edənlər Eden Hazardın 2019-cu ilin yayında “Çelsi”dən “Real”a transferini üçüncü yerə qoyublar.
Ən uğursuz transferlərin siyahısında ilk 10 yer belədir:
Filipp Koutinyo: “Liverpul”dan “Barselona”ya (2018)
Antuan Qrizmann: “Atletiko”dan “Barselona”ya (2019)
Eden Hazard: “Çelsi”dən “Real”a (2019)
Romelu Lukaku: “İnter”dən “Çelsi”yə (2021)
Aleksis Sançes: “Arsenal”dan “Mançester Yunayted”ə (2018)
Andrey Şevçenko: “Milan”dan “Çelsi”yə (2006)
Conatan Vudqeyt: “Nyukasl”dan “Real”a (2004)
Anhel di Mariya: “Real”dan “Mançester Yunayted”ə (2014)
Endi Kerroll: “Nyukasl”dan “Liverpul”a (2011)
Fernando Torres: “Liverpul”dan “Çelsi”yə (2011)