Dünya futbolu
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
İspaniyanın “Barselona” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Ronald Arauxo sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu La Liqanın 22-ci turu çərçivəsində “Betis”ə qarşı keçirilən səfər matçının (3:2) 10-cu dəqiqəsində zədələnərək meydanı tərk edib.
Arauxonun son durumu tibbi müayinədən sonra bilinəcək. Futbolçunun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Uruqvaylı müdafiəçi bu mövsüm La Liqada 12 oyuna çıxıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…