Dünya futbolu
“Barselona”nın prezidenti istefa verdi
İspaniyanın “Barselona” klubunun prezidenti Xosep Bartomeu istefaya gedib.
Futbolinfo.az xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında açıqlama verib.
Bartomeu ilə birlikdə İdarə Heyətinin üzvləri də vəzifələrindən ayrılmaq qərarına gəliblər. İstefanın səbəbi prezidentə etimadsızlıq göstərilməsi olub. Məlumatın tezliklə klub tərəfindən rəsmən açıqlanması gözlənilir.
58 yaşlı Bartomeu 2014-cü ildə “Barselona”ya prezident seçilmişdi. O, son dövrlər komandanın ulduz futbolçusu Lionel Messi ilə qalmaqalına görə diqqət mərkəzində idi. Argentinalı futbolçu hətta ona görə bu yay komandadan ayrılmaq qərarına gəlmişdi. Lakin son anda klub rəhbərliyi onun getməsinə icazə vermədi.
Qeyd edək ki, “Barselona”da növbəti prezident seçkiləri gələn ilin martında keçirilməli idi. Lakin bu istefadan sonra istisna edilmir ki, erkən seçki təşkil olunsun.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”