Dünya futbolu
“Barselona”nın sabiq futbolçusu İngiltərə klubunda
“Barselona”nın sabiq futbolçusu Alen Haliloviç karyerasını İngiltərədə davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, xorvat yarımmüdafiəçi “Birmingem” klubuna keçib.
Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə müddəti mövsümün sonuna qədər olan sözləşmə imzalanıb.
Karyerası ərzində Xorvatiyada “Dinamo” (Zaqreb), İspaniyada “Barselona”, “Sportinq”, “Las Palmas”, Almaniyada “Hamburq” kimi komandalarda çıxış edən Haliloviçin son ünvanı İtaliya “Milan”ı olub. Yarımmüdafiəçi bu ilin sentyabrından azad agent idi.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…