Digər idman növləri
Basketbolçu oyuna yarış avtomobili ilə gəldi
“İndiana Peysers” komandasının ulduzu Tayriz Halibörton “Ulduzlar oyunu”na “İndikar” seriyasının yarış avtomobili ilə gəlib. Bu video sosial şəbəkələrdə yayılıb.
“Ulduzlar oyunu” çərçivəsində Tayriz Halibörton üçxallıq atışlar və ustalıq yarışlarında mübarizə aparacaq. Ustalıq yarışında hərəsində 3 basketbolçu olan 3 komanda iştirak edəcək. Draftın bir nömrələri komandasında Viktor Vembanyama, Paolo Bankero və Entoni Edvards yer alır. “İndiana” komandasının heyətində Tayriz Halibörtondan başqa Maylz Törnerr və Benedikt Maturin var. Uldular komandasının heyəti isə Skotti Barns, Tayriz Maksi və Trey Yanqdan ibarətdir.
Üçxallıq atışların mübarizəsində 8 basketbolçunun iştirakı planlaşdırılır. Bunlar Demian Lillard, Malik Bizli, Ceylen Branson, Tayriz Halibörton, Lauri Markanen, Donovan Mitçel, Trey Yanq və Karl Entoni Taunsdur.
Xatırladaq ki, “Ulduzlar oyunu” bu həftənin sonunda İndianada baş tutacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib