Dünya futbolu
“Bayern” Teli heyətində saxlayacaq
Matis Tel “Mançester Yunayted”ə keçməyəcək. “Bayern” futbolçusu ilə müqavilənin müddətini uzatmaq qərarına gəlib.
Futbolinfo.az xəbər verir ki, münhenlilər oyunçunun agenti ilə danışıqlara start verib. Yeni anlaşma 2029-cu ilin yayınadək nəzərdə tutulub. Futbolçunun maaşında da artım olacaq.
Qvadelupa əsilli fransalı 2022-ci ilin yayında “Renn”dən 20 milyon avroya transfer edilmişdi. “Bayern”lə hazırkı müqaviləsi 2027-ci ilin iyununadək olan 18 yaşlı sol cinah hücumçusunun bazar qiyməti 50 milyon avrodur.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı