Dünya futbolu
“Bazel” “Qarabağ”a rəqib oldu
Donetsk “Şaxtyor”unun futbolçusu Aleksey Kaşukla maraqlanan klubların sayı artmaqdadır.
Futbolinfo.az xəbər verir ki, “Sabah”ın sabiq yarımmüdafiəçisi uğrunda mübarizəyə indi də “Bazel” qoşulub.
23 yaşlı hücumameyilli oyunçunun adı daha çox “Neftçi”, Xorvatiya klubu “Hayduk” və Yunanıstan PAOK-u ilə birgə hallanırdı. Ancaq indi İsveçrə təmsilçisi də onu heyətinə qatmaq fikrinə düşüb. “Bazel” rəhbərliyi vaxt itirmədən Kaşukla danışıqlara başlayıb.
Ukrayna mətbuatı isə bu siyahıya “Qarabağ”ın da adını əlavə edib. Ancaq futbolçunun PAOK-a keçidi daha yaxın görünür.
Kaşukun “Şaxtyor”la müqavilə müddəti bu ilin yayına qədərdir. Ona görə də donetsklilər yeni müqavilə imzalamaqdan boyun qaçıran futbolçunu yanvarda satmağa tələsir.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Dünya futbolu2024-04-17 16:41
Daha bir özbək İtaliyaya köçür