Dünya futbolu
Benzema ÇL oyununa da buraxacaq
“Real”ın futbolçusu Kərim Benzema Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Leyptsiq”lə oyunu buraxacaq.
Bu barədə Madrid klubunun baş məşqçisi Karlo Ançelotti məlumat verib: “O, çərşənbə axşamı hazır olmayacaq, amma düşünürəm ki, bazar günü “Jirona” ilə görüşdə oynayacaq. Mən bu barədə narahat deyiləm, çünki ondakı kiçik zədədir. Razıyam ki, Benzema özünün ən yaxşı oyununu göstərmir. Amma formada və motivasiyalı olanda o, bizim üçün çox vacib oyunçu olaraq qalır. Bununla belə, əlimizdə olan ehtiyat oyunçular skamyasının dərinliyi belə vacib oyunçuların yoxluğunu gizlətməyə imkan verir. Bu o demək deyil ki, Kərim mövsümün ikinci yarısında mühüm rol oynamayacaq”.
Qeyd edək ki, Benzema zədə səbəbindən La Liqanın 11-ci turunda “Sevilya” ilə görüşü (3:0) buraxıb. “Leyptsiq” – “Real” görüşü isə oktyabrın 25-də keçiriləcək.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Milli komanda2024-05-07 22:55
AFFA Ştefan Kuntsla danışıq aparır? – Rəsmi açıqlama