Dünya futbolu
Benzema və Kroos bu tur oynamayacaq
Kərim Benzema və Toni Kroos sabah meydanda olmayacaq. “Real”ın məşqçiləri bu cütlüyü gələn həftə baş tutacaq “Liverpul”la Çempionlar Liqası matçı üçün qorumaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, bu barədə madridlilərin baş məşqçisi Karlo Ançelotti məlumat verib. O, keçirdiyi mətbuat konfransında çətin qrafik üzündən rotasiya etməyə məcbur olduqlarını bildirib: “Oyun qrafikimiz gərgindir. Bu üzdən futbolçuların bəzilərinə istirahət verməliyik. Benzema və Kroosu bu üzdən qoruyacağıq. Rodriqo və Luka Modriç isə meydanda olacaq. Əsas 11-liyin digər futbolçularının adını sirr saxlasam yaxşıdır”.