Ölkə futbolu
Benzia arxayınlaşmayıb: “Açığı, 4 qol vuracağımızı gözləmirdim”
“Çox yaxşı oyun oldu. Biz səfərdə inamlı qələbə qazandıq. Amma heç nə bitməyib”. Bunu futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia deyib.
Təcrübəli oyunçu Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubuna 4:2 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “İkinci oyuna daha yaxşı hazırlaşmalıyıq. Açığı, 4 qol vuracağımızı gözləmirdim, amma qələbəyə inanırdım, qalib gələcəyimizi düşünürdüm. 4 qol vurmuşuq, düzdür, bu yaxşıdır, amma eyni zamanda qapımızda da 2 qol görmüşük”.
O, portuqalların Bakıda revanş almaq istəyəcəyini də sözlərinə əlavə edib: “Rəqib Bakıda daha ciddi olacaq və revanş almaq istəyəcək. Çox yaxşı hazırlaşmalıyıq, çox ciddi yanaşmalıyıq. Düşünürəm ki, bizim üçün də çətin olacaq. Biz bilirik ki, tarixi oyun olacaq. Daha çox tarix yazmaq üçün əlimizdən gələni edəcəyik”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib