Dünya futbolu
“Beşiktaş” Azərbaycan millisinin sabiq üzvünü icarəyə verdi
“Neftçi”nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi “Beşiktaş” futbolçusu Berkay Vardarı icarəyə verib.
Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 2023/2024 mövsümünü icarə əsasında Moldova “Şerif”ində keçirəcək.
Vardar Azərbaycanın U-17 millisində 3, U-19 millisində 3 oyuna çıxıb. O, daha sonra Türkiyənin U-21 millisində 1 matçda iştirak edib.
Xatırladaq ki, “Neftçi” və “Beşiktaş” arasında Bakıda keçirilən ilk oyunda İstanbul təmsilçisi 3:1 hesablı qələbə qazanıb. Bu komandalar arasında cavab matçı avqustun 17-də Türkiyədə olacaq.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə