Ölkə futbolu
“Beşiktaş” Azərbaycana gələcək
Türkiyənin “Beşiktaş” klubu Azərbaycanda yoldaşlıq görüşü keçirəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
Bildirilib ki, İstanbul təmsilçisi zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə iki ölkədə yoldaşlıq görüşü təşkil edəcək. “Ağ-qaralar” əvvəlcə bu ay milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı Almaniya təmsilçilərindən biri ilə üz-üzə gələcək. Hazırda Mönhenqladbax “Borussiya”sı və “Leypsiq”lə danışıq aparılır.
Şenol Günəşin yetirmələri Super Liqanın bu mövsümkü təqviminə əsasən istirahət edəcəyi müddətdə – 9-30 aprel aralığında isə Azərbaycana səfər edəcək. Həmin səfər zamanı “Beşiktaş”ın yoxlama oyununda yerli komandalardan biri ilə üz-üzə gəlməsi planlaşdırılır. Lakin rəqibin kimliyi hələlik açıqlanmır.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…