Müsahibə
“Bir gün “Qarabağ”da oynamaq möhtəşəm olar” – İspan futbolçu
“Qarabağ”ın futbolçusu Xayme Romeronun qardaşı və əvəzedici komandanın üzvü Daniel Romeronun futbolinfo.az-a müsahibəsi
– Ənənəvi olaraq karantinin dövrünün necə keçməsindən başlayaq. Formada qala bildinizmi?
– Hamı kimi mən də evə qapanmışdım. Amma məşq edirəm qardaşımla birlikdə. Hər gün səhər durub qaldığımız “Port Baku”nun qarajına düşürük. Ora geniş olduğu üçün qaçırıq və idman hərəkətləri edirik. Gündə 2 dəfə məşq edirik. Səhər kardio, axşam da klubun bazasından gətirdiyimiz trenajor alətlərində çalışırıq. Hamı necə? biz də elə, sadəcə? özümüzü formada saxlaya bilirik.
– Xayme ilə evdə futbol oynamağa çalışırsızmı?
– Bütün məşqlər onunla birlikdə keçir. Hər şeyi birlikdə edirik.
– İki futbolçunun bir evdə olmağı formada qalmağınız üçün daha yaxşı hal sayıla bilərmi?
– Əlbəttə. Ümumiyyətlə, Xayme özünə qarşı çox tələbkar adamdır. Həmişə üzərində üzərində çox çalışır və yüksək formada qalmaq üçün can atır. Onun belə olması mənim üçün də xeyirlidir. Istər-istəməz bu məni də həvəsləndirir. Bunu özüm üçün üstünlük hesab edirəm.
– Koronavirusla bağlı İspaniyada son vəziyyət necədir və ailənilə danışanda nələr deyirlər?
– Azərbaycanla İspaniyada vəziyyəti müqayisə etsək, burada durum daha yaxşıdır. Azərbaycanda bizim ölkəmizdəki qədər ciddi durum yoxdur. Hər gün ailə üzvlərimizlə və dostlarımızla danışırıq. Sevinirəm ki, hamısı yaxşıdır və xəstəlikdən əziyyət çəkən yoxdur.
– “Qarabağ”ın əvəzedici komandasında çıxış edirsiz və ümidiniz var ki, mövsümün sonunda, ya növbəti il əsas komandaya qoşulub həmişəlik orda qalacaqsız?
– Əlbəttə ki, bir gün “Qarabağ”ın əsas heyətində debüt etmək, oynamaq mənə qismət olsa, bu möhtəşəm hiss olacaq. Amma nəzərə alaq ki, bu çox çətindir. Nə olacaqsa, olacaq. Ən yaxşısı bu barədə düşünməmək və başını aşağı salıb çalışmaq lazımdır.
AĞA
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq