Layihə
Bir kəndin futbol sevgisi
Futbolun kütləviliyi hamı üçün prioritet olmalıdı. Bu idman növünün inkişafını, ən əsası, sağlam nəslin yetişməsini istəyiriksə, onu bütün ölkəyə yaymalıyıq. Həm də təkcə futbolu yox…
Bu işi yalnız cavabdeh qurumların üzərinə atmaq da düzgün deyil. Kəndlərdə, məhəllələrdə, məktəb meydançalarında mümkün şərait yaradılmalı, dəstək olunmalı, təbliğ edilməlidi. Çünki gələcəyin ulduzları o meydanlardan çıxır, böyük futbolçu olmayanlar isə ən azı pis vərdişlərdən uzaq qalır, sağlam həyat tərzini seçir, layiqli vətəndaş kimi yetişir.
Bu dəfə sıradan, amma futbolla yaşayan bir kənddən söz salacağıq. Xüsusi geyimləri, meydançaları olan, futbol sevgisi ilə yaşayan bir kənddən…
Yevlaxın Aşağı Qarxun kənd stadionu ötən əsrin 60-cı illərində salınıb.Kənd sakinləri həm stadionu təmiz saxlayır, həm də orda həftənin şənbə və bazar günləri futbol oynayırlar. Məqsəd isə birdi uşaq, yeniyetmə və gəncləri pis vərdişlərdən uzaq tutub, Qarxunda futbolu inkişaf etdirmək.
Hələ sovet dönəmində bu kəndin həvəskarlardan ibarət futbol komandası rayon kəndləri arasında keçirilən futbol yarışlarında uğurlar əldə edib, “Sevinc” kuboku turnirində isə birinci yerə sahib çıxıblar.
Hazırda kəndin futbol komandası qarşıdakı aylarda təşkil olunacaq rayon birinciliyinə hazırlaşırlar. Onların məqsədi bu turnirdə uğur qazanmaqla kuboku Qarxun kəndinə gətirməkdir.
BƏHRUZ MUSAYEV, Yevlax
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…