Bizi izləyin

Ölkə futbolu

Bir səhvin fəsadı

blank
blank

Şahruddin Məhəmmədəliyev – yenə baş rol ifaçısı kimi görünür. Görünmür, özüdü ki, var.

“Qarabağ” dünən məhz qapıçısının texniki səhvi üzündən uduzdu. Belə səhvlərin sıralandığını nəzərə alsaq, artıq “Şah”ın psixoloji durumuna şübhə etmək istəyirsən. Eyni adam, oxşar səhvlər… Soyuqqanlı ola bilmirsənsə, deməli, düz-əməlli peşəkar da deyilsən.

İnsaf naminə, Məhəmmədəliyevin hətta təkbaşına “Qarabağ”ı xilas etdiyi matçlar da olub. Elə bu üzdən bəzən belə səhvlərin üzərinə çox dayanılmamasını istəmişəm. Ki, səhv hamıda olur, əvəzində komandanı xilas etdiyi məqamlar daha çoxdu. Dünən də azı 3-4 epizodda “çərçivə”də çox yaxşı qurtarışlar etdi. Amma və lakin… Şahruddin dünənki məğlubiyyətin əsas səbəbkarıdı!

Oyun 0:0 davam edərkən “Qarabağ” “Nant”ın qapısını top atəşinə tutmuşdu. Ardıcıl epizodlar yaradılır, qolun qoxusu gəlirdi. Və bu dəqiqələrdə Fransa təmsilçisinin çempionumuzu məyus etmək üçün heç bir şansı yox idi. Daha çox müdafiə haqda düşünən “bülbüllər”, topa sahib olmaq üçün bütün texnikalı oyunçuları döyüşə atan Qurban Qurbanovun yetirmələrinin zərbələrini dəf etməklə məşğul idi.

Belə məqamda Şahruddinin rəqibə qol hədiyyə etməsi bütün ssenarini pozdu. Oyunu topasahibolma üzərində quran Qurbanov, qələbəyə ehtiyac duyan rəqibin irəli atılmaq məcburiyyətini də hesablamışdı. Belədə fransızların müdafiəsindəki boşluqlar işimizə yarayacaqdı, yarayırdı da. Lakin “Nant” hesabda önə keçən kimi Zubir, Kadi və Ozobiçin hərəkət zonalarını bağladı. Halbuki hesabı ağdamlılar açsaydı, bu rəqiblə Bakıdakı, “Olimpiakos”la Pireydəki oyunların ssenarisi təkrarlanacaqdı.

Düzdü, “Qarabağ” bərabərlik qolunu vurdu, lakin komanda o qədər güc itirdi ki, son dəqiqələrdə fiziki cəhətdən çatdırmadı. Buraxılan erkən qol həm əks-hücumda oynamaq, ciddi üstünlük qazanmaq imkanlarının üstündən xətt çəkdi, həm də aparıcı oyunçuların yorğunluq üzündən əvəz edilməsindən sonra oyun intizamını pozdu. “Nant”ın ehtiyat qüvvəsi daha sanballı olduğundan, matçın sonu təmsilçimiz üçün üzücü alındı.

Matçın bitiminə dəqiqələr qalarkən buraxılan qol olmaya da bilərdi. Amma oldu və bu nəticə bütün taktiki hazırlığı pozan bir səhvlə başladı, onu isə Şahruddin etmişdi.

Reallıq odur ki, bu matçda “Qarabağ”a Avropa Liqasının pley-offuna çıxmaq üçün bir xal lazım idi. Amma indi vəzifəni yerinə yetirmək üçün lider “Fraybirq”u evdə yenməyə məhkumuq. Düzdü, “Nant”ın qalib gəlməməsi halında məğlubiyyət də bizim üçün üzücü olmayacaq. Lakin bütün şanslarını itirən “Olimpiakos”a ümid etmək olmaz, almanlarla evdəki matç final əhəmiyyətli olacaq.

Doğrusu, Avropa Liqasının 1/16 finalında “Barselona”, “Yuventus”, “Ayaks”, “Atletiko”, “Sevilya” kimi komandalarla qarşılaşmaq ehtimalını nəzərə alanda “Qarabağ”ın elə Konfrans Liqasına enməyini daha ideal variant saymaq istəyirsən. Lakin bu komandalarla qarşılaşmaq özü elə böyük hadisədi və ona görə mübarizəyə sona kimi davam etmək yaxşı olardı.

Ən xoş məqam odur ki, “Nant”dan buraxılan son dəqiqə qolunu az qala faciəyə çevirmişik. Liqa 1 təmsilçisi ilə matçın böyük hissəsini, özü də Fransada üstün keçirən “Qarabağ”la fəxr etmək lazımdı. Komanda ləyaqətli futbol sərgilədi, aradakı büdcə, təmsil etdiyi çempionat, usta futbolçuların çoxluğu fərqini hiss etdirmədi, əksinə, daha yaxşı təsir bağışladı. Məhz bu səbəbdən Şahruddinin bağışlanmaz səhvi adama daha çox təsir edir. Belə komandaları maksimum dəqiqlik hesabına yenmək mümkündü, istənilən hədiyyə əlavə problemlər yaradır. Ümid edək ki, Məhəmmədəliyevin üzündən azarkeşlər böyük komandaların Bakıya səfərini izləmək zövqündən məhrum olmayacaq.

VÜSAL MAHMUDOV

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-06 02:12

Norrisin ilk qələbəsi

blank
Dünya futbolu2024-05-06 02:00

“Sevilya” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-06 01:40

“Milan” evdə, “Yuventus” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-05-06 01:18

“Bayer”dən darmadağın

blank
Dünya futbolu2024-05-06 00:57

“Çelsi” darmadağına sevindi, “Liverpul” “Tottenhem”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-06 00:35

Musanın komandasından inamlı qələbə

blank
Premyer-liqa2024-05-06 00:03

“Qəbələ”də üç itki

blank
Dünya futbolu2024-05-05 23:38

“Qalatasaray” darmadağına sevindi, Renat oynamadı

blank
Dünya futbolu2024-05-05 23:23

Coşqun, Bəxtiyar və Sərtan qələbəyə sevindi, Ramil və Vüsal…

blank
Premyer-liqa2024-05-05 22:32

“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-05 22:25

Renduliç: “Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi”

blank
Digər idman növləri2024-05-05 22:18

“Xəzri” yarımfinalda!

blank
Premyer-liqa2024-05-05 21:49

“Sabah”a bir qol bəs etdi – VİDEO

blank
Digər idman növləri2024-05-05 21:21

Azərbaycan gimnastı Avropa Kubokunda gümüş medal qazandı

blank
Premyer-liqa2024-05-05 20:57

“Sabah”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-05 20:22

Göygöldə Avropa Kuboku başa çatdı, Azərbaycan birinci oldu

blank
Premyer-liqa2024-05-05 20:00

Ayxan Abbasov: “Bacarmasam, çıxıb gedəcəyəm” – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:38

“Turan Tovuz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:19

Rəşad Sadıqov: “Bərabərlik də ədalətli nəticə olardı” – VİDEO

blank
Əvəzedicilər2024-05-05 18:59

“Qarabağ”ın əvəzediciləri “Neftçi”yə uduzdu

blank
Premyer-liqa2024-05-05 18:29

“Turan Tovuz” “Zirə”yə evdə uduzdu

blank
Digər idman növləri2024-05-05 17:31

“Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-05 17:09

Azərbaycan yığması Avropa Kubokunda növbəti medalı qazandı

blank
Digər idman növləri2024-05-05 16:22

“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi

blank
Əvəzedicilər2024-05-05 14:29

Əvəzedicilərin yarışında 33-cü turun təyinatları

blank
Dünya futbolu2024-05-05 13:33

Milli karyerasını başa vurdu

blank
Ölkə futbolu2024-05-05 12:41

“Qarabağ”dan hücumçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-05 12:22

Bu gün Bakıdakı Avropa Kubokuna yekun vurulacaq

blank
Digər idman növləri2024-05-05 11:22

“Bakı Marafonu 2024” start götürüb

blank
Dünya futbolu2024-05-05 11:11

22 il sonra Premyer Liqada

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm