Ölkə futbolu
“Bizim üçün dərslər çıxarılacaq oyun oldu” – Şenol Günəş
“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” ilə keçirilən ilk oyundan sonra mətbuat konfransında jurnalistlər önünə çıxıb.
Futbolinfo.az saytı xəbər verir ki, türkiyəli mütəxəssis əvvəlcə komandasının “Neftçi Arena”da 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşma barədə fikirlərini bölüşüb:
“Gözəl oyunla qələbə qazanmaq və evə üstünlüklə dönmək istəyirdik. Bunu da bacardıq. Həm oyuna hakim olduq, həm də istədiyimiz nəticəni əldə etdik. Mövsümün əvvəli olduğu üçün bəzi oyunçularımız formada deyil. Son 15 dəqiqədə oyun qopdu. Buraxdığımız qol “Neftçi”nin gücünü və əhvalını artırdı. Bizim üçün dərslər çıxarılacaq oyun oldu. “Neftçi”yə imkan verəndə yaxşı oynayacaq istedadlı futbolçuları var. Belə rəqibə qarşı mütləq ciddi yanaşmaq lazımdır. Gözəl atmosfer var idi. Arena “ağ-qara”ya bürünmüşdü. Gözəl mübarizə oldu”.
71 yaşlı mütəxəssis bir neçə ay əvvəl xeyriyyə matçında qarşılaşdıqları “Sabah”la “Neftçi”ni də müqayisə edib: “Sabah” da güclü heyətə malikdir. “Sabah”la qarşılaşdığımız zaman mövsümün sonları idi. İndi isə mövsümün əvvəlindəyik, oyunçular istənilən durumda deyillər. Bu, hər iki tərəf üçün keçərlidir”.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 17-də İstanbulda oynanılacaq.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə