Digər idman növləri
Boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurdu
Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən 3-cü Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.
Futbolinfo.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən idmançı finala gedən yolda Qabriyel Veoçiçi (Xorvatiya) sınağa çəkib.
Ardıcıl olaraq, Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran Allahverdiyev bu dəfə məğlubiyyətə üzülüb. Rəqib 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəldiyindən boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurub.
Qeyd edək ki, bu gün daha bir boksçumuz yarımfinal görüşünə çıxacaq. Məhəmməd Abdullayev (+92 kq) Nelvi Ram Tiafakla (Almaniya) üz-üzə gələcək.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”