Dünya futbolu
Bonuççi karyerasını başa vurur
Leonardo Bonuççi karyerasını bitirmək qərarına gəlib. Amma İtaliya millisinin müdafiəçisi bunu indi yox, gələn mövsümün sonunda edəcək.
Futbolinfo.az xəbər verir ki, təcrübəli oyunçu qərarını qətiləşdirib: “2024-ün yayında təqaüdə yollanacağam. Müqaviləm bitdikdən sonra onu yeniləməyəcəyəm və başqa kluba getməyəcəyəm. Bunu “Yuventus”da reallaşdırmaq çox gözəldir. Turində etdiklərimlə qürur duyuram”.
36 yaşlı oyunçu karyerası ərzində yalnız A Seriyasında oynayıb. “İnter”, “Treviso”, “Pisa”, “Cenoa” və “Bari” formalarını tərlədən Bonuççi 2010-cu ildən “Yuventus”dadır. Yalnız 2017/18 mövsümünü “Milan”da keçirən futbolçu Turin klubunun tarixinə düşüb. Leonardo 9 dəfə A Seriyasının qalibi, 4 İtaliya kubokunun, 5 İtaliya Superkubokunun sahibi olub.