Dünya futbolu
“Borussiya” 32 il sonra bunu yaşadı
Mönhenqladbax “Borussiya”sı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərənin “Mançester Siti” klubu ilə cavab oyunundan da məğlub ayrıldı – 0:2.
Futbolinfo.az xəbər verir ki, bu, Almaniya klubunun ardıcıl 7-ci məğlubiyyətidir.
Belə ki, “Borussiya” ÇL çərçivəsində fevralın 25-də “Mançester Siti”yə ilk oyunda da 0:2 hesabıyla uduzmuşdu. Martın 2-də Almaniya kubokunda Dortmund “Borussiya”sına 0:1 yenilən bu komanda Bundesliqa çərçivəsində də “Maynts” (20 fevral, 1:2), “Leypsiq” (27 fevral, 2:3), “Auqsburq” (12 mart, 1:3) və “Bayer”ə (6 mart, 0:1) uduzub.
Qeyd edək ki, “Borussiya” 1989-cu ildən bəri ilk dəfədir ardıcıl 7 oyundan məğlubiyyətlə ayrılır.
Mönhenqladbax təmsilçisi sonuncu dəfə “Volfsburq”la Bundesliqa matçında məğlub olmayıb. Fevralın 14-də baş tutan həmin görüş qolsuz bitib – 0:0. Sözügedən komandanın sonuncu qələbəsi isə fevralın 3-də qeydə alınıb. Həmin gün “Borussiya” Almaniya kuboku çərçivəsində səfərdə “Ştutqart”a 2:1 hesabıyla qalib gəlib.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”