Dünya futbolu
“Borussiya” səfərdə məğlub oldu
Futbol üzrə Almaniya Bundesliqasında 17-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha altı qarşılaşma baş tutub.
Mönhenqladbax “Borussiya”sı “Hoffenhaym”la səfər oyunundan heç-heçə ilə ayrılıb. “Qroyter” – “Auqsburq” matçında isə ümumiyyətlə qapılara qol vurulmayıb.
“Union Berlin” səfərdə “Bohum”u minimal hesabla üstələyib. “Ayntraxt” isə “Maynts”ı məğlub yola salıb.
Dortmund “Borussiya”sı bu turda Berlində “Herta”nın qonağı olub və məğlubiyyətlə üzləşib. “Leyptsiq” də “Arminiya” ilə ev oyununda xalsız qalıb.
Almaniya Bundesliqası
17-ci tur
17 dekabr
Bayern – Volfsburq 4:0
Qol: Müller, 7. Upamekano, 57. Sane, 59. Levandovski, 87.
18 dekabr
Ayntraxt – Maynts 1:0
Qol: Lindstrom, 35.
Bohum – Union Berlin 0:1
Qol: Kruse, 16.
Qroyter – Auqsburq 0:0
Leyptsiq – Arminiya 0:2
Qol: Serra, 57. Okuqava, 75.
Hoffenhaym – Borussiya (Mönhenqladbax) 1:1
Qol: Akpoquma, 90+1 – Embolo, 35.
Herta – Borussiya (Dortmund) 3:2
Qol: Belfodil, 51. Rixter, 57; 69 – Brandt, 31. Tiqqes, 83.
19 dekabr
18:30. Frayburq – Bayer
20:30. Köln – Ştutqart
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…