Dünya futbolu
“Borussiya” uduzdu, “Bavariya” inamlı qələbəyə sevindi
Futbol üzrə Almaniya Bundesliqasında 9-cu turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, şənbə günü altı qarşılaşma baş tutub.
“Auqsburq” – “Frayburq” və 6 qolun qeydə alındığı “Yunion” – “Ayntraxt” matçlarında qalib müəyyənləşməyib.
Dortmund “Borussiya”sı bu tur çərçivəsində “Köln”ü sınağa çəkib və doğma meydanda məğlubiyyətlə üzləşib. “Bavariya” isə səfərdə “Ştutqart”la qarşılaşmadan inamlı qələbə ilə ayrılıb. Münhenqladbax “Borussiya”sı mövsümə uğursuz start verən və son pillədə qərarlaşan “Şalke”ni darmadağınla yola salıb. “Leyptsiq” də “Arminiya” üzərində qələbəyə sevinib.
Almaniya Bundesliqası
9-cu tur
27 noyabr
Volfsburq – Verder 5:3
Qol: Baku, 22. Bruks, 25. Veqorst, 37; 76. Bialek, 90+5 – Bittenkur, 13. Mohvald, 36. Bruks, 47-öz qapısına.
28 noyabr
Auqsburq – Frayburq 1:1
Qol: Varqas, 80 – Qrifo, 64.
Borussiya (Dortmund) – Köln 1:2
Qol: Hazard, 74 – Skhiri, 9; 60.
Leyptsiq – Arminiya 2:1
Qol: Anxelinyo, 29. Nkunku, 47 – Klos, 75.
Ştutqart – Bavariya 1:3
Qol: Kulibali, 20 – Koman, 38. Levandovski, 45+1. D.Kosta, 87.
Yunion – Ayntraxt 3:3
Qol: Endrix, 2. Kruse, 6-pen; 82 – A.Silva, 27; 37. Dost, 79.
Borussiya (Münhenqladbax) – Şalke 4:1
Qol: Noyhaus, 15. Vendt, 36. Turam, 52. Volf, 80 – Raman, 20.
29 noyabr
18:30 Bayer – Herta
21:00 Maynts – Hoffenhaym
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…