Digər idman növləri
“Boston Seltiks” bir ildən sonra məğlub oldu
MBA-nın lideri “Boston Seltiks” komandası bu gecə doğma arenada “Denver Naggets”i qəbul edib. Marrey və Yokiçin məhsuldar oyunu son çempiona qələbə qazandırıb. Boston komandası son 1 ildə ilk dəfə evində məğlub olub. Axırıncı dəfə “Seltiks” keçən il martın 5-də məğlubiyyətlə üzləşmişdi.
“Nyu-Orlean Pelikans” doğma arenada “Finiks Sans”la bacarmayıb. Qonaqların lideri Devin Buker 52 xal toplayıb. Dürantın aktivində 26 xal var.
“Mayami Hits” – “Atlanta Houks” oyunu gərgin alınıb. Qonaqlar bir xal fərqlə qələbə qazanıblar – 109:108. Çempionatın liderlərindən biri “İndiana Peysers” səfərdə “Portlend Treyl Bleyzers”ə 115:118 hesabı ilə məğlub olub. Meydan sahiblərinin heyətində Qrant 37 xal toplayıb.
“Los-Anceles Leykers” evdə uğursuzluqla üzləşib. Kaliforniyalılar “Bruklin Nets”ə 112:130 hesabı ilə məğlub olub. Devis oyunu 26, Lebron isə 24 xalla bitirib.
Ötən il ən dəyərli basketbolçu seçilən Coel Embiid yaxşı formada olduğunu bir daha nümayiş etdirib. “Filadelfiya Siksers” səfərdə Orlando komandasından üstün olub. Embiid görüşü 36 xalla tamamlayıb.
“Şarlot Hornets” isə doğma arenada “San-Antonio Spörs”ə qalib gəlib – 124:120. Qonaqların türk basketbolçusu Cedi Osman 5 xal yığıb.
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-17 11:04
Yarımfinal mərhələsi başladı
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”