Digər idman növləri
Bostonda darmadağın, Donçiçin növbəti tripl-dablı
MBA-da həftə 8 oyunla yekunlaşıb. Ən maraqlı qarşılaşmalardan biri Dallasda baş tutub. Luka Donçiçin tripl-dablına baxmayaraq, meydan sahibləri “Filadelfiya Siksers”ə məğlub olublar – 116:120. Filadelfiya azarkeşləri üçün digər bir şad xəbər Coel Embiidin məşqlərə başlamasıdır.
Bostonda “Qolden Steyt Vorriors” darmadağına məruz qalıb. Çempionatın lideri 140:88 hesabı ilə qalib gəlib. “Seltiks”in heyətində Braun 29, Teytum isə 27 xal toplayıb.
Şərq konfransnın liderlərinin görüşü isə MBA-ya xarakterik olmayan qeyri-məhsuldar tərzdə baş tutub. “Minnesota Timbervulvs” evdə “Los-Anceles Klippers”ə 88:89 hesabı ilə məğlub olub.
“San Antonio Spörs” evdə “İndianam Peysers”ə qalib gəlib. Görüşün qəhrəmanı debütant Viktor Vembanyamadır. O, oyunu 31 xal, 12 ribaund, 6 asist və 6 blokla tamamlayıb.
Gecənin digər qəhrəmanlarından biri Şey Aleksanderdir. Onun çıxış etdiyi “Oklahoma-Siti Tanders” səfərdə “Finiks Sans”ı məğlub edib. Kanada millisinin üzvü 35 xal toplayıb.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı