Digər idman növləri
Böyük boks gecəsindən əvvəl idmançıların çəkiləri məlum oldu
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinin “Kinqdom Arena” idman kompleksində böyük boks gecəsi keçiriləcək. Gecənin ən əsas döyüşündə britaniyalı Entoni Coşua ilə isveçli Otto Vallin qarşılaşacaq.
Hər iki boksçunun çəkisi məlum olub: Coşuanın çəkisi 113,85 kiloqramdır, rəqibi isə ondan yüngül gəlib – 108,23 kq.
Otto Vallinin 32 yaşı var. Sentyabr ayında keçirdiyi son döyüşündə o, rusiyalı Murat Qasiyevə qalib gəlib. Karyerasında yeganə məğlubiyyəti britaniyalı Tayson Fyuri ilə döyüşdə olub.
Entoni Coşuanın 34 yaşı var. Son döyüşündə o, finlandiyalı Robert Heleniusu nokauta göndərib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq