Digər idman növləri
“Böyük Dəbilqə”: Daha 8 cüdoçumuz mübarizəyə qoşulur
Bu gün Azərbaycanın daha 8 cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə”də mübarizəyə başlayacaq.
Futbolinfo.az xəbər verir ki, yarışın sonuncu günündə Nigar Süleymanova (+78 kq), Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov (hamısı 90 kq), Zelim Kotsoyev, Əjdər Bağırov (hər ikisi 100 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.
Nigar Süleymanova (+78 kq) – İdalis Ortis (Kuba): 1/16 final
Murad Fətiyev (90 kq) – Sami Çuçi (Belçika): 1/16 final
Elcan Hacıyev (90 kq) – Bakar Eraşvili (Gürcüstan): 1/32 final
Vüqar Talıbov (90 kq) – Yeqor Varapayev (AIN): 1/16 final
Zelim Kotsoyev (100 kq) – Daniel Mukete (AIN): 1/16 final
Əjdər Bağırov (100 kq) – 1/16 finalda rəqibini gözləyir
Camal Qamzatxanov (+100 kq) – Şakarmamed Mirmamadov (Tacikistan): 1/16 final
Kənan Nəsibov (+100 kq) – Vuhyeok Son (Cənubi Koreya): 1/16 final
Daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir