Digər idman növləri
Böyük nəslin daha bir üzvü karyerasını bitirir
Madrid “Real”ının 39 yaşlı basketbolçusu Rudi Fernandes karyerasını başa vuracağını açıqlayıb. Avroliqanın rəsmi akkauntunun verdiyi məlumata görə, əfsanəvi oyunçu mövsümün sonunda basketbolla vidalaşacaq. Rudi bu məlumatı doğum günündə paylaşmağı vacib bilib.
Fernandes 2002-ci ildən peşəkar basketboldadır. Karyerasının ilk 6 ilini “Xoventud”da keçirən basketbolçu milli səviyyəsinə qalxaraq bir çox titul qazanıb. Fernandes 3 dəfə Olimpiya Oyunlarının mükafatçısı (2008, 2012, 2016) olub. O, iki dəfə dünya, 4 dəfə də Avropa çempionluğunu qazanıb.
“Xoventud”dan sonra ispan basketbolçu 4 il MBA-da “Portlend Treyl Bleyzers” və “Denver Naggets”in şərəfini qoruyub. 2012-ci ildən “Real”da çıxış edən Fernandes 3 dəfə Avroliqanın qalibi olub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…