Dünya futbolu
“Brayton” ən yaxşı təklifə “hə” deyəcək
Dünya çempionu olması Argentina millisinin bütün oyunçularına marağı artırıb. Amma daha çox komandanın liderləri diqqət mərkəzindədir.
Futbolinfo.az xəbər verir ki, Qətər mundialında əzmkarlığı ilə seçilən Aleksis Makallister də transferi gündəmə gələn futbolçulardandır. İstedadlı yarımmüdafiəçi “Çelsi”, “Arsenal” və “Atletiko”nun hədəfindədir. Amma “Brayton” oyunçusunu satmaq üçün ən sərfəli təklifi gözləyir.
Xatırladaq ki, 25 yaşlı yarımmüdafiəçinin “Brayton”la 2024/25 mövsümünün sonunadək müqaviləsi var. Futbolçu İngiltərə Premyer Liqasına “Boka Xuniors dan gəlib.