Digər idman növləri
“Bu oyunu müdafiəmiz qazandı”
“Sabah”ın baş məşqçi əvəzi Nikola Bojinovski “Xəzri”ni 84:80 hesabı ilə məğlub etdikləri Azərbaycan Basketbol Liqasının 9-cu turunun oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Çox çətin oyun oldu. Bəlkə də startda hücumda istədiyimiz alınmadı, amma müdafiədə düzgün oynadıq. Biz bu cür oynamağı xoşlayırıq. Bu oyunu müdafiəmiz qazandı. Maykl Holton bir neçə 3 xallıq atışlar etdi. Oyunun sonuna yaxın daha çox enerji sərf etdik. Rəqibi müdafiəmizlə məğlub etdik. Onların geridönüş etmək şansı var idi. Lakin sonda qələbə qazanan tərəf biz olduq!”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…