Digər idman növləri
“Bu sınaqdan da üzüağ çıxdım” – Avropa çempionu olan Məmmədov
“Şükürlər olsun ki, bu sınaqdan da üzüağ çıxdım”.
Futbolinfo.az xəbər verir ki, bunu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Murad Məmmədov (63 kq) Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
İdmançı yanvarda Xorvatiyada baş tutmuş yarışda qolundan zədələndiyini xatırladıb: “O qədər ciddi idi ki, həkimlər əməliyyat olunmağımı məsləhət bilirdilər. Belədə 5-6 ay güləşə bilməyəcəkdim. Ona görə də buna razılaşmadım. Elektromaqnitlə bərpa prosesi keçməklə ağrıları azaltdım. Avropa çempionatına qatıldım. Şükürlər olsun ki, bu sınaqdan da üzüağ çıxdım. 4 görüş keçirdim. Yarımfinalda Rusiya və finalda Ukrayna güləşçiləriylə qarşılaşmalar çətin keçdi. İlk dəfə Avropa çempionu oldum. Buna qədər bu yarışda gümüş və bürünc medal qazanmışdım. Bu nəticə ilə Avropa çempionatında medal kolleksiyamı tamamladım”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı